Rusiyaya kütləvi PUA hücumu edildi

0
moskva-pua

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkə üzərində 301 ədəd Ukrayna PUA-sını məhv edib.

Xeberbaku.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PUA-lar Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Rostov, Tambov, Tver, Tula, Smolensk, Moskva, Krım, Krasnodar diyarı, Azov və Qara dənizləri üzərində vurulub.