Məşhur poliqlot şikayət etdi, TƏBİB araşdırır – VİDEO

0
politoloq

Məşhur poliqlot Aslan Məmmədzadə Lənkəran Mərkəzi Xəstəxanasının İnsan resursları şöbəsinin müdiri Elbəy Fətəliyev barədə TƏBİB-ə şikayət ünvanlayıb.

Xeberbaku.com xəbər verir ki, o, bu barədə özünün İnstaqram səhifəsində paylaşım edib.

Poliqlotun sözlərinə görə, onun atası Etibar Məmmədov Lənkəran səhiyyəsində 40 il fəaliyyət göstərib. 2 il əvvəl 65 yaşı tamam olsa da, onunla əlaqə saxlayaraq kadr çatışmazlığına görə qalıb fəaliyyətini davam etdirməyini istəyiblər.

2 il ərzində rəhbərlik dəyişir və Elbəy Fətəliyev Etibar Məmmədovla əlaqə saxlayaraq bildirir ki, qaydalar dəyişib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Etibar Məmmədovla müqaviləyə bitməyinə 6 ay qalmış xitam verir.

Məsələ ilə bağlı TƏBİB videoya şərh yazaraq bildirib ki, məsələ aidiyyəti üzrə araşdırılacaq və nəticə barədə məlumat veriləcək.

https://ok.ru/videoembed/15693703023350?nochat=1