Hacıqabulda ağır qəza: 2 nəfər öldü
Hacıqabulda baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Xeberbaku.com APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik maşını yoldan çıxaraq aşıb. Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşıdrma aparılır.
***
Hacıqabul rayonunda avtomobil qəzası nəticəsində xəsarət alanların kimliyi bilinib.
Məlumata görə, qəza nəticəsində 4 nəfər xəsarət alıb.
Onlar Abşeron rayon sakinləri, 1965-ci il təvəllüdlü Xankişi Əsgər oğlu Aliyev, 1969-cu il təvəllüdlü Budaq Əsgər oğlu Aliyev, 1972-ci il təvəllüdlü Xatirə Əkbər qızı Aliyeva və 1997-ci il təvəllüdlü Turan Qabil qızı Aliyevadır.
Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
