Bakıda restoranda baş verən qətlin yeni görüntüləri – Video

0
Screenshot-2026-10-24-100140

Bakının Xətai rayonunda restoranda 43 yaşlı kişinin bıçaqlanaraq öldürülməsi ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib.

Xeberbaku.com xəbər verir ki, hadisə oktyabrın 23-də saat 00:10-da General Şıxlinski küçəsində yerləşən restoranlardan birində baş verib. C.Mirağayev aldığı bıçaq xəsarətlərindən ölüb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu, Xəyyam Səfixanov, Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirdikləri və mütəmadi olaraq qanunsuz fəaliyyətlə məşğul olduqları müəyyən edilib.

Onların hədə-qorxu ilə pul tələb etmək, kriminal dairələrdə nüfuz qazanmaq, tələblərinə tabe olmayan şəxsləri cəzalandırmaq və odlu, eləcə də soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurmaq məqsədilə cinayətkar birlik yaratdıqları və onun fəaliyyətində iştirak etdikləri bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda hadisənin bütün hallarının, saxlanılan şəxslərin cinayətdə iştirakının, eləcə də cinayətkar birliyin fəaliyyət istiqamətləri və əlaqələrinin müəyyənləşdirilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bakıda kafelərdən birində kütləvi dava baş verib.

Xeberbaku.com Oxu.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.

Tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra tərəflər bir-birinə bıçaqla hücum ediblər.

Yekunda bir nəfər həyatını itirib. Həyatını itirən Ceyhun adında şəxs olub. O, “Ceyhun Sabunçu” kimi tanınır.

Əməli törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.

***

Bakıda ölümlə nəticələnən kütləvi davanın bəzi təfərrüatı məlum olub.

Məlumata görə, davaya səbəb biznes münasibətlərində yaranmış mübahisə olub. Dəhşətli cinayətdə iştirak edən Əhməd adlı şəxsin ölkədə tanınmış vəzifəli şəxslərdən birinin oğlu olduğu iddia edilir. Hadisədən sonra onun könüllü qaydada polisə təslim olduğu deyilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin digər iştirakçıları olan Kamran və Həsən adlı şəxslər də saxlanılıblar. Məlumata görə, həmin şəxslər paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində reabilitasiya mərkəzi işlədirlərmiş.

Hazırda davanın digər iştirakçılarının saxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, baş verən kütləvi davada bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb.

***

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Əhməd Əlizadə

Fotoda “Ceyhun Sabunçu”

Fotoda Əhmədin dostu Kamran

Fotoda Əhmədin dostu Həsən

Hadisənin başladığı kabinet

https://bax.tv/embed/228152.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler