Ermənistan azan çobanı qaytardı
Ermənistan yolu azaraq ölkə ərazisinə keçən Azərbaycan vətəndaşı Qasımov Yaşar Əli oğlunu təhvil verib.
Xeberbaku.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadən “News.am” yayıb.
Bildirilib ki, sözügedən şəxs oktyabrın 24-də Azərbaycana qaytarılıb.
***
Ermənistan Milli Təhlükəsizlik Xidməti azərbaycanlı çobanın Tavuş vilayətinin ərazisinə keçməsi barədə yayılan məlumatları təsdiq edib.
Xeberbaku.com xəbər verir ki, Ermənistan MTX-nin yaydığı məlumatda sözügedən şəxsin kimliyi də açıqlanıb.
Bildirilib ki, 1968-ci il təvəllüdlü Qasımov Yaşar Əli oğlu oktyabrın 19-da saat 17:50 radələrində Tavuş vilayətində aşkar edilib.
Onun Tovuz rayonunun Çatax kəndinin sakini olduğu və yoxlamalar nəticəsində yolu azaraq Ermənistan ərazisinə keçdiyi bildirilib.
Məlumata əsasən, həmyerlimizin Azərbaycana geri qaytarılması istiqamətində işlər aparılır.
***
Azərbaycanlı çobanın Ermənistan ərazisinə keçdiyi iddia olunur.
Xeberbaku.com xəbər verir ki, bu barədə Ermənistanın “NewsTV5” nəşri məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, həmin şəxs aşkar edilib və hazırda Berd şəhərinin hərbi polisində saxlanılır”, – məlumatda deyilir.
Ermənistan Müdafiə Nazirliyi yerli mediaya məsələni şərh etməyib, Milli Təhlükəsizlik Xidməti isə bu barədə məlumata malik olmadıqlarını bildirib.
Tavuş rayonunun icma rəhbərlərindən biri isə məsələ barədə eşitdiyini, lakin dəqiq məlumata sahib olmadığını söyləyib.
