Rusiya yeni müharibəyə hazırlaşır: istehsalı artırdı
Rusiya Ukrayna ilə bağlı danışıqlarda sadəcə “iştirak etmək” iddiasındadır və eyni zamanda Donald Tramp administrasiyası ilə münasibətləri normallaşdırmağa çalışır.
Xeberbaku.com xəbər verir ki, bu, Estoniya Xarici İşlər Nazirliyinin hesabatında əks olunub.
“Kəşfiyyat məlumatlarına görə, Rusiya(Kreml) hərbi məqsədlərindən imtina etmək niyyətində deyil və eyni zamanda davam edən müharibə şəraitində belə, gələcək münaqişələrə hazırlıq məqsədilə sursat və dron istehsalını artırır”, – hesabatda bildirilib.

