Donald Tramp 12 ölkə vətəndaşının ABŞ-a girişini qadağan etdi – tam siyahı açıqlanıb
Donald Trump ABŞ-a milli təhlükəsizlik səbəbi ilə 12 ölkənin vətəndaşlarının girişinə tam qadağa qoyduğunu açıqlayıb.
Qadağa tətbiq olunan ölkələr aşağıdakılardır:
- Əfqanıstan
- Myanma (Birma)
- Çad
- Konqo Respublikası
- Ekvatorial Qvineya
- Eritreya
- Haiti
- İran
- Liviya
- Somali
- Sudan
- Yəmən
Məlumata görə, qadağa yalnız bu ölkələrdən gələn şəxslərə şamil olunur və ABŞ-a səfərlər tam məhdudlaşdırılıb. Bu addım Trampın əvvəlki sərt miqrasiya siyasətinin davamı kimi qiymətləndirilir və beynəlxalq ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.
Hüquq müdafiə təşkilatları bildirib ki, bu qərar ayrı-seçkilik yarada bilər və insan haqları baxımından narahatlıq doğurur. Eyni zamanda ekspertlər qeyd edir ki, bu qadağa ABŞ-a giriş planlayan miqrantların sayını əhəmiyyətli dərəcədə azalda bilər.
Hazırda Trampın qərarı dünya miqyasında izlənilir və müxtəlif ölkələr tərəfindən reaksiyalar verilir. Qadağanın tətbiqi və təsirləri yaxın günlərdə daha geniş şəkildə müzakirə olunacaq.

