ABŞ-dan Ermənistana hərbi texnologiya satışı – 11 milyon dollarlıq İHA müqaviləsi
ABD VE ERMENİSTAN ARASINDA 11 MİLYON DOLAR DEĞERİNDE İHA ANLAŞMASI (RAFIG MACİDOV/ERİVAN-İHA)
xeberbaku.com ABŞ vitse-prezidenti Ceyms Devid Vens açıqlama verərək bildirib ki, ölkə tarixində ilk dəfə olaraq Ermənistana hərbi təyinatlı kəşf pilotsuz uçuş aparatları (İHA) texnologiyası satılacaq.
Onun sözlərinə görə, müqavilənin ümumi dəyəri 11 milyon dollar təşkil edir və bu satış Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlib.
Vens qeyd edib ki, söhbət müasir müşahidə və kəşf sistemlərindən, məlumat toplama avadanlıqlarından və müvafiq texniki dəstək paketindən gedir. Bu addım ABŞ–Ermənistan hərbi əməkdaşlığında yeni mərhələ kimi qiymətləndirilir.
Ekspertlər hesab edirlər ki, qərar regiondakı hərbi balans və təhlükəsizlik məsələlərinə təsir göstərə bilər. Azərbaycan tərəfinin bu məsələ ilə bağlı rəsmi mövqeyi hələlik açıqlanmayıb.

