Azərbaycan və Türkiyə klublarının futbolçuları arasında kütləvi dava
“Səbail”in Türkiyə toplanışı çərçivəsində “Sakaryaspor”la keçirdiyi yoxlama matçında dava düşüb.
Xeberbaku.com xəbər verir ki, Azərbaycan klubu Boluda gərgin keçən matçın ikinci hissəsində xoşagəlməz halla üzləşib.
Top uğrunda mübarizədən sonra “Səbail”in müdafiəçisi Kənan Quliyev rəqib futbolçunun boğazından yapışıb. Digər futbolçuların da araya girməsindən sonra kütləvi dava yaranıb. Hətta hadisəyə polisin müdaxilə etdiyi bildirilib.
Matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.
