Bakı–Sumqayıt yolunda maşın gölməçəyə düşdü
Bu gün Bakı-Sumqayıt magistral yolunda hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq Xırdalan ərazisində yağış suları nəticəsində yaranmış gölməçəyə düşüb.
Xeberbaku.com xəbər verir ki, avtomobildə olan şəxslər digər yol hərəkəti iştirakçılarının operativ müdaxiləsi nəticəsində xilas ediliblər.
