Bakıda məktəbdə dəhşətli hadisə:Şagird müəllimini silahla yaraladı!
xeberbaku.com bildirir ki-Bakının Binəqədi rayonunda yerləşən “İdrak” liseyində bu gün səhər saatlarında cəmiyyəti sarsıdan hadisə baş verib. 10-cu sinif şagirdi dərs zamanı özü ilə gətirdiyi odlu silahdan atəş açaraq müəllimini yaralayıb.
İlkin məlumata görə, hadisə dərs prosesində, sinif otağında qeydə alınıb. Şagird çantasında gizlətdiyi ov tüfəngini çıxararaq müəllim istiqamətində atəş açıb. Güllə yarası alan 28 yaşlı riyaziyyat müəllimi təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.
Məktəb rəhbərliyi və hadisə şahidləri böyük təşviş yaşadıqlarını deyirlər. Hadisədən dərhal sonra polis əməkdaşları liseyə gələrək şagirdi saxlayıb, silah maddi sübut kimi götürülüb. Ərazi mühafizə altına alınıb, digər şagirdlər təhlükəsiz şəkildə məktəbdən uzaqlaşdırılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, hadisənin səbəbləri araşdırılır. Şagirdin silahı haradan əldə etməsi, məktəbə necə gətirməsi və hadisənin qəsdən, yoxsa ehtiyatsızlıqdan törədilməsi istintaqın əsas suallarıdır.
Təhsil ictimaiyyəti bu olaydan dərin narahatlıq keçirir. Valideynlər məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini, şagirdlərin psixoloji vəziyyətinə daha ciddi nəzarət olunmasını tələb edirlər.
Araşdırmalar davam edir. Hadisə ilə bağlı yeni məlumatlar əldə olunduqca ictimaiyyətə təqdim ediləcək.

Şəhla Kamilova Fəqani
Bitirdiyi il: 2014
Ali məktəb: Bakı Dövlət Universiteti
İxtisas: Kompüter elmləri
Kateqoriya: Fərqlənən məzun
