Elmarla Emin başqa cinayətə görə də axtarışda imiş…
Xəbər verdiyimiz kimi, oktyabrın 23-ü Xətai rayonunda törədilən silahlı insident və digər ağır cinayətlərlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Xeberbaku.com Baş Prokurorluğa istinadla xəbər verir ki, qətli törədən 2 nəfər – “Ceyhun Sabunçu” ləqəbli Cəlal Mirağayevin qətlinin birbaşa iştirakçısı olmuş Elmar Cəfərov və Emin Rəhimov başqa cinayət əməlinə görə axtarış imişlər.
Onların əvvəllər hansı cinayət əməlini törətdiyi və hansı maddələr əsasında axtarışa verildikləri qeyd edilməyib.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 120.2.1-ci (mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə, digər şəxslər isə başqa maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunublar. Onların hər biri barəsində ilkin olaraq 4 aylıq həbs qətimkan tədbiri seçilib.
