Fərid Bağırzadə nazir vəzifəsinə təyin edildi

0
ferid

Fərid Bağırzadə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub. Bununla bağlı qərar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilib.

Yeni təyinat muxtar respublikanın sosial siyasət sahəsində idarəçiliyinin gücləndirilməsi məqsədi daşıyır.

Nazir haqqında qısa məlumat

Məlumata görə,Bağırzadə 1994-cü ildə Bakıda anadan olub. O, 2016-cı ildə Bakı Dövlət Universitetində informasiya texnologiyaları ixtisası üzrə bakalavr təhsili alıb, 2021-ci ildə isə Sumqayıt Dövlət Universitetində idarəetmədə informasiya sistemləri üzrə magistr dərəcəsinə yiyələnib.

Əvvəlki fəaliyyəti

Qeyd edək ki, Fərid Bağırzadə 2023–2024-cü illərdə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri vəzifəsində çalışıb. Sonradan nazir müavini olub və bir müddət nazir vəzifəsini müvəqqəti icra edib.

Yeni təyinatla o, rəsmi şəkildə nazir postuna gətirilib.

Fərid Bağırzadə