İstanbulda tanınmış aktyor Görkem Arslan vəfat etdi
Xeberbaku.com Görkem Arslan – Türkiyənin tanınmış aktyorlarından biri olan 45 yaşlı Görkəm Arslan İstanbulda dünyasını dəyişib. Məlumata görə, aktyor gecə saatlarında Beyoğludakı evində qəfil halı pisləşib.
Həyat yoldaşının təcili yardım çağırmasından sonra hadisə yerinə gələn tibb briqadası Görkem Arslana ilkin tibbi müdaxilə göstərib. Daha sonra o, Taksim Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Xəstəxana rəhbərliyi hələlik Arslanın səhhətinin pisləşməsinə səbəb olan amillərlə bağlı rəsmi açıqlama verməyib. Hadisənin dəqiq səbəbi aparılan tibbi araşdırmalardan sonra məlum olacaq.
Görkəm Arslan xüsusilə televiziya seriallarındakı rolları ilə geniş tamaşaçı kütləsinin rəğbətini qazanmışdı. O, “Çemberimde Gül Oya”, “Köprü”, “Muhteşem Yüzyıl”, “Hayat Bazen Tatlıdır”, “Kuruluş Osman”, “Tatar Ramazan” kimi məşhur layihələrdə yaratdığı obrazlarla yadda qalıb.
Aktyorun vəfatı sənət aləmində dərin kədər yaradıb, həmkarları və pərəstişkarları sosial şəbəkələrdə başsağlığı mesajları paylaşırlar.

