Hacıqabulda ağır qəza: 2 nəfər öldü

0
qəza

Hacıqabulda baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Xeberbaku.com APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik maşını yoldan çıxaraq aşıb. Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşıdrma aparılır.

***

Hacıqabul rayonunda avtomobil qəzası nəticəsində xəsarət alanların kimliyi bilinib.

Məlumata görə, qəza nəticəsində 4 nəfər xəsarət alıb.

Onlar Abşeron rayon sakinləri, 1965-ci il təvəllüdlü Xankişi Əsgər oğlu Aliyev, 1969-cu il təvəllüdlü Budaq Əsgər oğlu Aliyev, 1972-ci il təvəllüdlü Xatirə Əkbər qızı Aliyeva və 1997-ci il təvəllüdlü Turan Qabil qızı Aliyevadır.

Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.