İran Hörmüz boğazında icazəsiz hərəkət edən gəmini məhv etdi – gərginlik artır

0
hormuz-bogazinda-hucuma-meruz-qalan-yuk-gemisi-saya-oturub

Yaxın Şərqdə gərginlik artmaqda davam edir. İran Hörmüz boğazında icazəsiz hərəkət edən bir gəmini məhv etdiyini açıqlayıb.

Məlumata görə, hadisə Hörmüz boğazı ərazisində baş verib. İran tərəfi bildirib ki, gəmi əvvəlcədən edilən xəbərdarlıqlara məhəl qoymayıb və marşrutunu dəyişməyib.

Ekspertlərin fikrincə, hazırda bu boğaz dünyada ən həssas və strateji bölgələrdən biridir. Qlobal neft daşımalarının böyük hissəsi məhz bu marşrutdan keçir və burada baş verən hər hansı hərbi insident dünya bazarlarına ciddi təsir göstərə bilər.

Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Analitiklər hesab edir ki, İranın bu addımı regionda davam edən qarşıdurmanın daha da dərinləşdiyini göstərir.

Hörmüz