İran,Çin,Rusya,Şimali Koreya bir arada ABD qarşı müharibeye hazırlaşır!

0

Adı açıqlanmayan İran rəsmilərindən biri Qətər mediasına verdiyi müsahibədə bildirib ki, İran donanması yaxın dövrdə Oman dəniziHind okeanı ərazisində Rusiya, ÇinŞimali Koreya ilə birgə genişmiqyaslı hərbi təlimlərə başlayacaq. Rəsminin sözlərinə görə, bu təlimlər dəniz təhlükəsizliyinin gücləndirilməsi və ölkələr arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi məqsədi daşıyır.

Açıqlama beynəlxalq arenada ciddi rezonans doğurub. Xüsusilə regionda artan hərbi fəallıq fonunda bu addım Amerika Birləşmiş Ştatları tərəfindən diqqətlə izlənib. Məlumata görə, bəyanatdan sonra ABŞ administrasiyası öz hərbi donanmasını Oman dənizi ərazisinə yerləşdirib və bölgədə hərbi mövcudluğunu gücləndirib.

ABŞ Prezidenti Donald Trump-ın İranla bağlı sərt mövqeyi fonunda rəsmi Tehran da cavabsız qalmayıb. İran tərəfi bəyan edib ki, ölkəyə qarşı hər hansı təhdid və ya hərbi addım olacağı təqdirdə, özünümüdafiə hüququndan istifadə edərək dərhal cavab verməyə hazırdır.

İran rəsmiləri regionda gərginliyin artmasının qarşı tərəfin addımları ilə bağlı olduğunu vurğulayaraq, hərbi təlimlərin hücum deyil, strateji çəkindirmə xarakteri daşıdığını qeyd ediblər. Analitiklərin fikrincə, baş verənlər Yaxın Şərq və ətraf sularda geosiyasi balansın daha da həssas mərhələyə daxil olduğunu göstərir.

xeberbaku.com