İsfahanda universitetə yenə zərbə endirildi
İsfahandakı universitet ABŞ və İsrailin zərbələrinə məruz qalıb.
Xeberbaku.com xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində universitetin binalarına ziyan dəyib, ən azı dörd əməkdaş yaralanıb.
Xatırladaq ki, bu, eskalasiya başlayandan bəri universitetə edilən ikinci hücumdur.
