İsrail Baş naziri Netanyahu:“İranla mümkün razılaşma yalnız nüvə proqramı ilə məhdudlaşmamalıdır”

0
thumbs_b_c_e0a87cd490a14187a3a688d5bf33ed61

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda ABŞ-ın keçmiş prezidenti Donald Trampla qısa,lakin mühüm görüş keçirdiyini açıqlayıb.
İsrailin Baş naziri Netanyahu bildirib ki, görüş zamanı əsas müzakirə mövzularından biri İranla bağlı vəziyyət olub.Onun sözlərinə görə, mümkün razılaşma yalnız İranın nüvə proqramı ilə məhdudlaşmamalı,eyni zamanda ölkənin ballistik raket proqramını və regiondakı təsir imkanlarını da əhatə etməlidir.
Baş nazir qeyd edib ki, İranın bölgədəki silahlı qruplarla əlaqələri və hərbi təsir dairəsi də hər hansı beynəlxalq razılaşmanın tərkib hissəsi olmalıdır.Netanyahu həmçinin İranla əldə ediləcək potensial sazişin mahiyyəti ilə bağlı müəyyən şübhələrinin olduğunu vurğulayıb.
Onun sözlərinə görə, regionda sabitliyin təmin olunması üçün daha geniş və əhatəli mexanizm hazırlanmalıdır.

Hazırda rəsmi Vaşinqton və Tehran arasında münasibətlər gərgin olaraq qalır və mümkün danışıqlar beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

İsrail Baş naziri