Merkel: Almaniya cəmiyyətini bölməyə çalışırlar

0
merkel

Populist qüvvələr Almaniya cəmiyyətini bölməyə çalışır.

Xeberbaku.com xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.

“Xalq var, sonra elita var. Bu yaxında vətəndaş olanlar var, uzun müddət öncə vətəndaş olanlar var.

Beləliklə, cəmiyyəti təbəqələrə bölmək, nifrət, fikir ayrılıqları yaratmaq və bununla da paxıllıq yaratmaq cəhdləri edilir.

Bütün güc xalqdan qaynaqlanır və hamı Almaniya vətəndaşıdır. Və burada soruşmurlar ki, siz ADR-dən gəlmisiniz, yoxsa cəmi üç il əvvəl gələn suriyalısınız. Bütün Almaniya vətəndaşları xalqdır”, – deyə Merkel qeyd edib.