Misir Mərdanovun kürəkəni Binəqədinin prokuroru oldu
Xəbər verdiyimiz kimi, Baş Prokuror Kamran Əliyevin əmri ilə Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq, Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.
Xeberbaku.com xəbər verir ki, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmiş üzvü, tanınmış hakim Mansur İbayevin oğlu, sabiq təhsil naziri Misir Mərdanovun kürəkənidir.
***
Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunub.
Xeberbaku.com xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Baş Prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrə əsasən, Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq, Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.
Həmçinin Baş prokurorun digər əmrinə əsasən, Bakı şəhəri Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq, Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsinə təyin edilib.
Bundan başqa, Baş prokurorun müvafiq əmrinə əsasən Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.
