Netanyahunun sözçüsü istefa verdi – qalmaqal səbəbi ilə vəzifədən getdi
Benjamin Netanyahuun sözçüsü və eyni zamanda aparat rəhbəri vəzifəsini icra edən Ziv Agmon istefa verdiyini açıqlayıb.
Məlumata görə, istefanın səbəbi mediaya sızan qalmaqallı açıqlamalar olub. İddialara əsasən, Ziv Agmon keçmişdə bəzi siyasətçilər və ictimai qruplar haqqında təhqiredici və irqçi ifadələr işlədib.
Bununla yanaşı, yayılan səs yazılarında onun Benjamin Netanyahu və ailəsi haqqında da tənqidi fikirlər səsləndirdiyi bildirilib.
Artan ictimai təzyiq fonunda Ziv Agmon vəzifəsindən getmək qərarı aldığını bildirib və açıqlamasında bu hadisənin cəmiyyətdə parçalanmaya səbəb olduğunu qeyd edib.
Analitiklər hesab edir ki, bu istefa İsrail siyasətində gərginliyin artdığı bir dövrdə baş verib və hökumət daxilindəki problemləri bir daha gündəmə gətirib.

