Paşinyan İlham Əliyevə təşəkkür etdi-“Artıq səkkiz aydır Ermənistan-Azərbaycan sərhədində tam sülh bərqərar olub”.

0
Pashinyan_Aliyev

Xeberbaku.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə həmin ölkənin Baş naziri Nikol Avropa Parlamentində çıxışı zamanı danışıb. 

“Sərhədyanı kəndlərin sakinləri artıq bir neçə aydır atəş səsləri eşitmirlər. Üstəlik, müstəqilliyin qazanılmasından sonra ilk dəfə olaraq, 2025-ci ilin noyabrında qatar Azərbaycan Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb.

 Bu, 2025-ci ilin oktyabrında Azərbaycan Prezidentinin Azərbaycan vasitəsilə Ermənistana dəmir yolu daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldıracağını elan etməsindən sonra baş verib. Mən bu qərarına görə Azərbaycan Prezidentinə minnətdaram”, – Paşinyan deyib.

Paşinyan