Sabah respublika üzrə pensiyalar tam ödəniləcək

0
pensiya

Sabah respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Xeberbaku.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pen-siya hüququna malik şəxslərin də pen-siyaları ödəniləcək.

Qeyd edilib ki, 1 yanvar 2026-cı ilədək təyin edilmiş bütün növ pensi-yalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb. Fevral ayının pensi-yaları qeyd edilən artımlarla birgə ödəniləcək.

Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensi-yasına əlavə olunacaq.

pensiya verilir