Pezeşkian müharibəyə son qoyulması üçün şərtini açıqladı
Məsud Pezeşkian :-“Rusiya və Pakistanın dövlət başçıları ilə telefon danışığında regionda sülh və sabitliyə sadiqliyimizi bildirdim. Qeyd etdim ki, İsrail rejimi və ABŞ-ın təxribatı ilə başlayan müharibənin başa çatmasının yeganə yolu İranın qanuni hüquqlarının qəbul edilməsi, təzminatın ödənilməsi və onların yenidən hücum etməməsi üçün qəti beynəlxalq öhdəliyin qoyulmasıdır”.
Xeberbaku.com xəbər verir ki, bunu İran Prezidenti Məsud “X” hesabında yazıb.
O bildirib ki, Rusiya və Pakistan liderləri ilə aparılan müzakirələrdə regiondakı vəziyyət, gərginliyin azaldılması və müharibənin dayandırılması yolları ətrafında fikir mübadiləsi aparılıb.
Pezeşkian qeyd edib ki, İran regionda sülh və sabitliyin qorunmasına sadiqdir və münaqişənin diplomatik yollarla həllini dəstəkləyir.

