Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi
Prezident Azər İsmayıl oğlu Mursaqulovu Dövlət Statistika Komitəsinin sədri təyin etdi
Xeberbaku.com xəbər verir ki, bununla bağlı İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin bundan əvvəlki sədri Tahir Budaqov olub. O, dövlət başçısının sərəncamı ilə Nəsimi rayonunun icra başçısı təyin edilib.

