Sabirabadda əməliyyat: üzərlərindən narkotik aşkarlanan 8 nəfər barəsində həbs qətimkan tədbiri seçildi
Sabirabad rayonunda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb. Aparılan axtarışlar zamanı onların üzərindən metamfetamin, heroin və marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Saxlanılan şəxslər — Fariz Babayev, Pərvin Fərəcov, Şakir Abasov, Ramil Məmmədov, Elnur Qənizadə, Rizvan Kərimov, Elyar Cəbrayılov və Zəfər Əlizadə barəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər birinin haqqında həbs qətimkan tədbiri seçilib.
Rəsmi məlumata görə, əməliyyat daxil olan operativ informasiyalar əsasında həyata keçirilib. İstintaq orqanları həmin şəxslərin narkotik vasitələrin satışı və yayılmasında mümkün iştirakını araşdırır, əlaqəli şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Hüquq-mühafizə qurumları vətəndaşları narkotiklə mübarizədə diqqətli olmağa, şübhəli hallar barədə dərhal polisə məlumat verməyə çağırır. İstintaqın gedişi ilə bağlı əlavə məlumatların yaxın günlərdə açıqlanacağı bildirilib
