Şamaxıda daha bir zəlzələ qeydə alındı

0
zelzele-shamaxi

Şamaxı rayonunda 4,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Xeberbaku.com xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Qeyd edilib ki, yerli vaxtla 15:52-də qeydə alınan yeraltı təkanların dərinliyi 12 km olub.

Zəlzələ episentrdə 5, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

***

Rayonda ikinci zəlzələ qeydə alınıb.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 16:05-də 3.3 maqnitudalı daha bir zəlzələ baş verib.

Zəlzələ ocağının dərinliyi 10 kilometrdir.

***

Şamaxı rayonunda növbəti zəlzələ qeydə alınıb.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yeraltı təkan yerli vaxtla 19:12-də baş verib.

9 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.

Şamaxı da zəlzələ