Şirvanda genişmiqyaslı əməliyyat: 6 nəfər saxlanıldı
Şirvan şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində 6 nəfər şübhəli şəxs saxlanılıb.
Keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin üzərindən və yaşadıqları ünvanlardan külli miqdarda narkotik vasitələr – metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

