Sumqayıtda faciəvi hadisə: Gənc körpüdən özünü asıb
Xeberbaku.com xeber verir ki,Sumqayıt şəhərində bu gün səhər saatlarında faciəvi hadisə baş verib. İlkin məlumata görə, 1990-cı il təvəllüdlü Natiq Şamilov şəhər ərazisində yerləşən körpülərdən birində özünü asaraq həyatına son qoyub.
Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib, meyit məhkəmə-tibbi ekspertizaya göndərilib.
Yaxınlarının bildirdiyinə görə, mərhum son günlər psixoloji gərginlik yaşayırmış. Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.
Rəsmi qurumlar vətəndaşları sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara inanmamağa, yalnız rəsmi açıqlamalara istinad etməyə çağırır.

