”Zengin Kız Fakir Oğlan” Dizisindən Tanıdığımız Sənətçi Ufuk Özkan Uğurlu Əməliyyat Keçirdi
Türkiyənin sevilən aktyoru Ufuk Özkan çətin bir sağlamlıq mübarizəsindən sonra ümid verən xəbərlə gündəmə gəlib. Uzun müddətdir qaraciyər çatışmazlığı səbəbilə müalicə alan aktyor qaraciyər transplantasiyası əməliyyatı keçirib.
Saatlarla davam edən əməliyyat təcrübəli həkim heyəti tərəfindən uğurla tamamlanıb. Əməliyyatdan sonra Ufuk Özkan bir müddət reanimasiyada nəzarət altında saxlanılıb və həkimlər onun vəziyyətinin stabil və müsbət istiqamətdə olduğunu bildiriblər.
Aktyorun ailəsi və yaxınları da verdikləri açıqlamada, müalicə prosesinin plan üzrə getdiyini və Özkanın günü-gündən daha yaxşı olduğunu qeyd ediblər. Sənət cameəsi və pərəstişkarları isə sosial mediada aktyora dəstək mesajları paylaşmağa davam edir.
Ufuk Özkanın istirahət və bərpa prosesi həkim nəzarəti altında davam edəcək
