Şok iddia: Tutulan şəxsi Fira evində gizlədirmiş – Foto

0
fira-celilova232

Aparıcı Fira Cəlilovanın evində gizlənən şəxsin kimliyi məlum olub.

Xeberbaku.com Oxu.az-a istinadla xəbər verir ki, polis əməkdaşlarına Novxanı qəsəbəsində Fira Cəlilovanın anasına məxsus bağ evində müxtəlif cinayətlər törətməkdə təqsirləndirilən Əlihüseyn Hüseynovun gizlənməsi barədə məlumat daxil olub.

Müəyyən edilib ki, axtarışda olan həmin şəxs bilə-bilə həmin evdə gizlədilib.

Hadisə yerinə əməliyyat qrupu gedib və Ə.Hüseynov gizlədildiyi yerdən aşkarlanaraq saxlanılıb.

***

Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsindəki bağ evində gizləndiyi deyilən Əlihüseyn Hüseynovla bağlı bəzi detallar məlum olub.

Məlumata görə, uzun müddət müxtəlif cinayətlərlə əlaqəli axtarışda olan Ə.Hüseynov bir müddət əvvəl rayonların birindən Bakıya gəlib.

O, aparıcının anasının tanışlarından birinin xahişi ilə onların evinə yerləşdirilib. Ə.Hüseynov 10 gündən artıq imiş ki, həmin evdə gizlədilibmiş.

Hadisə ilə bağlı dünən polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub və şəxsin həmin bağ evində gizləndiyi bildirilib. Aparılan araşdırmalarla fakt təsdiqini tapıb və ev sahibinə həmin şəxsin polisə təhvil verilməsi məsləhət görülüb. Lakin ev sahibi məlumatları təkzib edib, evində kənar şəxsin olmadığını bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat məlumatını dəqiqləşdirib və məlum olub ki, Ə.Hüseynov həmin ünvandakı bağ evinin həyətindəki tikilidə gizlənir. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla həmin şəxs gizləndiyi tikilidə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aparıcı Fira Cəlilova Novxanıda yerləşən bağ evinə basqın edildiyini bildirib.

Xeberbaku.com xəbər verir ki, o, bu barədə İnstaqram hesabında paylaşım edib.

Aparıcının sözlərinə görə, hadisə noyabrın 26-da saat 22:00 radələrində baş verib.

Beş avtomobillə gələn təxminən 15 naməlum şəxs onun bağ evinə basqın edib.

Fira Cəlilova evdən üç mobil telefon, təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqların oğurlandığını iddia edib.

Aparıcı hadisədə iştirak etdiyi bildirilən avtomobillərdən dördünün dövlət qeydiyyat nişanlarını da açıqlayıb.

O, hüquq-mühafizə orqanlarına müraciət edərək hadisənin təcili və obyektiv araşdırılmasını, oğurlanmış əşyaların geri qaytarılmasını və təqsirkarların məsuliyyətə cəlb olunmasını istəyib.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub.

Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Əlihüseyn Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

https://ok.ru/videoembed/16677110287094?nochat=1