Sabiq nazirin milyonluq şirkətinin əmlakı satışa çıxarılır

0
22f9e60c715b2826143e045f8afbc8d1

Ləğv prosesində olan “Mingəçevir Texniki Rezin” ASC-yə məxsus qiymətləndirilmiş aktivlərin satışından əldə olunacaq gəlirlər səhmdarlar arasında payların faiz nisbətində bölüşdürüləcək.

Xeberbaku.com xəbər verir ki, xəbər verir ki, sözügedən məsələnin müzakirəsi üçün ASC-nin səhmdarları növbədənkənar toplantı keçirəcək.

Yığıncaqda həmçinin şirkətin dövriyyədə olan səhmlərinin dövriyyədən çıxarılması və ləğv edilməsi məsələsi də müzakirə ediləcək.

Xatırladaq ki, şirkətin ləğvi ilə bağlı qərar cari ilin mayında ASC-nin səhmdarları tərəfindən verilib.

Qeyd edək ki, “Mingəçevir Texniki Rezin” ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əskərov Əskər Hüseyn oğludur. Nizamnamə kapitalı 972 min 214 manat olan ASC-nin hüquqi ünvanı Mingəçevir şəhəri, Samux, ev 15-dir.

Mətbuatda “Mingəçevir Texniki Rezin” ASC-nin vaxtilə sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin nəzarətində olduğu qeyd olunur.

2001-2005-ci illərdə nazir kimi fəaliyyət göstərən F. Əliyev 2005-ci ildə həbs edilib, 2013-cü ildə isə azadlığa buraxılıb.(Ölkə.az)