Şamaxıda daha bir zəlzələ qeydə alındı
Şamaxı rayonunda 4,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Xeberbaku.com xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Qeyd edilib ki, yerli vaxtla 15:52-də qeydə alınan yeraltı təkanların dərinliyi 12 km olub.
Zəlzələ episentrdə 5, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
***
Rayonda ikinci zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 16:05-də 3.3 maqnitudalı daha bir zəlzələ baş verib.
Zəlzələ ocağının dərinliyi 10 kilometrdir.
***
Şamaxı rayonunda növbəti zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Yeraltı təkan yerli vaxtla 19:12-də baş verib.
9 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.

