Dövlət məktəblərində illik maliyyələşmə məbləğləri müəyyənləşdi

0
pul_full

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.

Xeberbaku.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:

1. Tam orta ümumtəhsil məktəbi – 2000 manat

2. Lisey – 2200 manat

3. Gimnaziya – 2200 manat

4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi – 2500 manat

5. İnternat tipli lisey – 3000 manat

6. İnternat tipli gimnaziya – 3000 manat

Qeyd edək ki, bu Sənədə görə, müəyyən edilmiş məbləğlər baza məbləğlər olub, onlara “Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları”na uyğun olaraq artım əmsalları tətbiq edilir.