AMAY-ın böyük hissəsi hərraca çıxarılır – Foto

0
amay

Bakının Xətai rayonunda yerləşən AMAY Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən ofis tipli qeyri-yaşayış sahəsi hərraca çıxarılıb.

Xeberbaku.com Teleqraf-a istinadla xəbər verir ki, hərraca çıxarılan qeyri-yaşayış sahəsi Nobel prospekti, 23 nömrəli binanın 5-ci mərtəbəsində olan 6730.8 kv.m ümumi sahədən ibarətdir.

Hərraclar məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir.

Hərraca çıxarılan əmlakın hazırkı bazar qiyməti 6,865,416 manat təşkil edib.

Bildirilir ki, əmlakın ümumi bazar dəyəri isə 8,076,960 manatdır.

Qeyd edək ki, AMAY Ticarət Mərkəzi iş adamı Abdulla Abdullayevə məxsusdur.