Azərbaycan XİN Türkiyəni təbrik etdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib.
Xeberbaku.com xəbər verir ki, bu barədə Azərbaycan XİN X sosial şəbəkə hesabında paylaşım edib.
“Demokratiyanın, milli iradənin və birliyin müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, qəhrəman qazilərə minnətdarlığımızı bildiririk. 15 İyul – Demokratiya və Milli Birlik Gününüz mübarək!”, – paylaşımda bildirilib.
