Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?

0
ady-bilet


Bakı-Tiflis-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.

Xeberbaku.com xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, ümumilikdə Bakıdan 400, Tiflisdən isə 500-dən artıq bilet satışı qeydə alınıb.

Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib.

“Qeyd edək ki, Bakı-Tiflis-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda bilet satışı sistemində və kassalarda müəyyən ləngimələr müşahidə olunur. Yaranmış müvəqqəti çətinliyə görə üzr istəyir və sərnişinlərimizdən anlayışla qarşılamalarını xahiş edirik”, – məlumatda vurğulanıb.

Xatırladaq ki, bu marşrut üzrə qatarlar Bakıdan 25 may, Tiflisdən isə 26 may tarixində hərəkətə başlayacaq.