Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur

0
Qurbanliq-qoyun

Nazirlər Kabinetinin qərarına əsasən bu il mayın 27, 28-si Qurban bayramı günləri müəyyən edilib.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının builki fətvasında deyilir ki, bu il Türk Dövlətləri Təşkilatı Dini idarə rəhbərləri Şurasının 18 may 2026-cı ildə qəbul edilən yekdil fətvası ilə bayram günü 27 may tarixi kimi təsdiqlənib. Şəriətə uyğun olaraq Qurban kəsimi 27 may tarixindən başlayaraq 3 gün davam edə bilər.

May ayının 27-də məscidlərdə bayram namazları qılınacaq. Bakının Əjdərbəy məscidində bayram namazı saat 08.00-də, Təzəpir məscidində 09.00-da qılınacaq.

Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün – 27, 28, 29, 30 və 31 mayda ardıcıl iş olmayacaq.