Generalın saxlanılan qızından şikayət edən general imiş

0
natiq-eliyevin-qizi-sikayet

Rəsmi sənədləri saxtalaşdırmaq ittiham olunan Türkər Əliyevadan zərərçəkənin kimliyi bilinib.

Xeberbaku.com xəbər verir ki, bu barədə lent.az-a Türkər Əliyevanın vəkili Hikmət Əliyev məlumat verib.

Onun sözlərinə görə, Türkər Əliyevadan şikayət edən ANAMA-nın rəis müavini general-mayor Ceyhun Rzayevdir. H.Əliyev hazırda xaricdə olduğu üçün işlə bağlı əlavə məlumatı olmadığını deyib.

Məlumata görə, iş üzrə dəyən zərərin məbləği 100 min manatdan artıqdır. Bildirilib ki, Türkər Əliyeva alqı-satqı zamanı qanunsuz hərəkətlərə yol verib.

Hazırda iş üzrə araşdırmalar davam etdirilir.

***


General Natiq Əliyevin qızı saxlanıldı

Mediator Türkər Əliyeva saxlanılıb.

Xeberbaku.com lent.az-a istinadla xəbər verir ki, Türkər Əliyeva Sumqayıt şəhər Prokurorluğunda başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Türkər Əliyeva saxlanılmazdan əvvəl Sumqayıt Prokurorluğunun qarşısından foto da paylaşıb.

İddialara görə, Türkər Əliyeva dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir.

Qeyd edək ki, Türkər Əliyeva Müdafiə Nazirliyinin keçmiş idarə rəisi, general-mayor Natiq Əliyevin qızıdır.