Millimiz Mozambiki məğlub etdi
Azərbaycanın U-15 futbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
Xeberbaku.com xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda mundialda 8-ci oyununa çıxıb. C səviyyəsində 81-88-ci yerlər uğrunda mübarizə aparan yığmamız Mozambik seçməsini 4:1 hesabı ilə məğlub edib.
Millimizin heyətində Həsən Məhəmmədov, Qafar Babayev və Yusif Əlizadə fərqləniblər. Daha bir qol isə Mozambik millisinin futbolçusunun öz qapısına vurduğu top nəticəsində qeydə alınıb.
Azərbaycan millisinin növbəti rəqibi Vyetnam olacaq. Komandalar 81-84-cü yerlər uğrunda yarımfinal görüşündə üz-üzə gələcəklər. Beləliklə, yığmamız dünya çempionatını ən azı 84-cü yerdə başa vuracaq.
