Məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobil yandırılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, avtomobili yandırmaqda ittiham olunan şəxs həbs olunub.
Xeberbaku.com xəbər verir ki, məktəb direktorunun maşınının yandırılmasına görə həbs olunan şəxs Fuad İbrahimovdur. Məlumatda həmçinin onun əvvəllər məhkum olunduğu bildirilir:
“Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır”.
