Qardaş ölkədə mədən çökdü: 34 nəfər öldü
Pakistanın Bəlucistan əyalətindəki kömür mədənlərindən biri çöküb.
Xeberbaku.com xəbər verir ki, bu barədə Pakistanın “Geo” telekanalı məlumat yayıb.
Məlumata görə, çökmə nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.
Mədəndə 42 şaxtaçının işlədiyi bildirilir. Hazırda xilasetmə işləri davam edir.
