Rus dilində olan kənd adlarını dəyişdirəcəklər

0
1731134949_img-20241109-wa0035jpg

Qırğızıstan hakimiyyəti 2027-ci ilin sonunadək ölkədə rus dilində qalan kənd adlarını dəyişdirməyi planlaşdırır. 

Xeberbaku.com TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Sadır Japarov Oş vilayətinin Alay rayonunun əhalisi ilə görüşü zamanı bildirib.

“Bu işi gələn il başa çatdırmağı planlaşdırırıq”, – o deyib.

Qırğızıstan prezidenti həmçinin yaşayış məntəqələrinə ölkənin tanınmış tarixi şəxsiyyətlərinin adlarının verilməsinin əleyhinə olduğunu qeyd edib.

Qeyd edək ki, Sadır Japarovun 2021-ci ildə prezident seçilməsindən sonra ölkədə 15-dən çox yaşayış məntəqəsinin rus dilində olan adları rəsmi olaraq dəyişdirilib.