Sumqayıtda kişi dəm qazından öldü

0
ambulans-baki

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Xeberbaku.com Report-a istinadla xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Məlumata görə, 1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Mejdunov yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.