Tokayev Paşinyanı təbrik etdi
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanı rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasını parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Xeberbaku.com xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
“Dövlət başçısı Ermənistanın Baş naziri Nikol Paşinyanı təmsil etdiyi Mülki Müqavilə Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib”, – məlumatda deyilib.
Tokayev Paşinyana Ermənistanın uzunmüddətli milli maraqları naminə işində uğurlar arzulayıb.
Qeyd edək ki, ötən gün Ermənistanda parlament seçkiləri keçirilib. Son nəticələrə görə, Paşinyanın Mülki Müqavilə Partiyası irəlidədir.
