Ukraynada itkilər 700 minə çata bilər
Rusiyanın Ukraynaya qarşı müharibədəki hərbi itkiləri 700 min nəfəri ötə bilər.
Xeberbaku.com xəbər verilir ki, bu barədə “The New York Times” nəşri yazıb.
Nəşrin məlumatına görə, bu hesblamanı Rusiyanın müstəqil media qurumları “Meduza” və “Mediazona” Rosstatın hakerlər tərəfindən ələ keçirilmiş məlumat bazasını təhlil etdikdən sonra irəli sürüblər. Bazada 490 min rusiyalı hərbçinin ölümü qeydə alınsa da, məlumatlar gecikmə ilə yenilənib və 2025–2026-cı illərin itkilərini əhatə etməyib.
Karnegi Fondunun baş elmi əməkdaşı Maykl Kofmanın sözlərinə görə, Rusiya ordusunun itkiləri artıq orduya cəlb olunanların sayını üstələyir. Onun bildirdiyinə görə, hazırkı səfərbərlik və hərbi müqavilə ilə cəlbetmə tempi Moskvanın döyüş əməliyyatlarını davam etdirməsinə imkan versə də, cəbhədə vəziyyətini yaxşılaşdırmır.
Məqalədə qeyd olunur ki, Rusiya ayda 20-25 min yeni hərbçi cəlb etdiyi halda, aylıq ölənlərin sayı 30-35 min nəfərə çatır.
Ekspertlərin fikrincə, itkilərin bu templə davam etməsi gələcəkdə Rusiya ordusunun hücum əməliyyatları üçün kifayət qədər canlı qüvvə tapmasını çətinləşdirə bilər.
