İrandan Türkiyəyə atılan ballistik füze havada məhv edildi

0
thumbs-b-c-f5c80be73ef0f50a0fadf3e8f4e449a6

9 mart 2026-cı ildə TR hava məkanına daxil olan ballistik füze NATO hava müdafiə sistemləri tərəfindən məhv edilib. Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, raket İrandan buraxılıb və ölkənin cənub-şərq istiqamətində hava məkanına daxil olduqdan sonra zərərsizləşdirilib.

Rəsmi açıqlamada bildirilib ki, raketin qalıqları Türkiyənin Qaziantep bölgəsində boş ərazilərə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

TR tərəfi vurğulayıb ki, ölkənin hava məkanına və ərazisinə yönələn hər hansı təhlükəyə qarşı qəti və gecikmədən tədbirlər görüləcək. Eyni zamanda bütün tərəflərə bölgədə gərginliyi artıracaq addımlardan çəkinmək çağırışı edilib.

Məlumata görə, bu hadisə son bir həftə ərzində baş verən ikinci raket insidentidir. Bundan əvvəl də İrandan atılan başqa bir raket TR-yə doğru hərəkət edərkən hava müdafiə sistemləri tərəfindən zərərsizləşdirilmişdi.

Ekspertlər hesab edir ki, Yaxın Şərqdə davam edən hərbi gərginlik fonunda belə hadisələr regionda təhlükəsizlik risklərini artırır. Türkiyə isə NATO müttəfiqləri ilə birlikdə hava məkanının qorunması üçün müdafiə tədbirlərini gücləndirdiyini bildirib.

Qeyd edək ki, 9 martda baş verən raket hadisəsi bölgədə gərginliyin artdığı bir vaxtda qeydə alınıb və Türkiyə hökuməti ölkənin təhlükəsizliyinin qorunması üçün bütün addımların atılacağını açıqlayıb.

Türkiyəyə atılan ballistik füze havada məhv edildi