Rusiya Odessada binanı vurdu: 17 yaralı var
Rusiya qoşunlarının Ukraynanın Odessa şəhərində yerləşən 21 mərtəbəli yaşayış binasına gecə hücumu nəticəsində üçü uşaq olmaqla 17 nəfər yaralanıb.
Xeberbaku.com xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak Teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, zərbə binanın 10-cu mərtəbəsindən 17-ci mərtəbəsinədək olan mənzillərə, həmçinin yaxınlıqda park edilmiş avtomobillərə ziyan vurub.
Hadisə yerində kommunal və fövqəladə xidmətlərin əməkdaşları çalışır.
