Azərbaycanda bayram namazı qılındı

0
852f933e75d793a83bd03ecfc0187f5f

Azərbaycan məscidlərində Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb.

Xeberbaku.com xəbər verir ki, ölkənin bütün məscidlərində bayram namazında din xadimləri ilə yanaşı, əhali də iştirak edib.

Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınıb.

Təzəpir məscidində isə namaz 09:00-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.

Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.

Xatırladaq ki, bu il Azərbaycanda Qurban bayramı mayın 26-27-si keçirilir.